SON XƏBƏRLƏR

İran Dövlət Teleradio Şirkətinin London ofisinin “Youtube” və e-mail hesabları bağlanıb

2021.10.20, 07:36
İran Dövlət Teleradio Şirkətinin London ofisinin “Youtube” və e-mail hesabları bağlanıb

Gunaz.tv

GünAz TV: İran Dövlət Teleradio Şirkətinin London ofisi öz “Youtube” və e-mail hesablarının “Google” şirkəti tərəfindən bağlandığı barədə məlumat yayıb.

 

“Google” şirkəti hesabların dondurulmasının səbəbini özünün qaydalarınının İran Dövlət Teleradio Şirkətinin London ofisi tərəfindən pozulması ilə əlaqələndirib.

 

İki ay öncə “Google” İranın ingilis “Press TV” və ispan dilli “HispanTV” televiziyalarının “Youtube” kanallarını da öncədən heç bir xəbərdarlıq etmədən bağlamışdı.

 

Qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi maksimum təzyiq siyasəti çərçivəsində İran Milli Radio və Televiziya Təşkilatına qarşı da sanksiyalar qəbul edib. “Google” şirkətinin son addımının da embarqolarla əlaqəli olduğu düşünülür.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar