SON XƏBƏRLƏR

İran internetə misli görünməmiş formada məhdudiyyət tətbiq edib- Rejim qorxu içində

2021.10.20, 07:36
İran internetə misli görünməmiş formada məhdudiyyət tətbiq edib- Rejim qorxu içində

Gunaz.tv

GünAz TV: İranın demək olar ki, bütün bölgələrində etirazlara görə insanların internetə çıxışı məhdudlaşdırılıb.

 

Hazırda İran daxilində fəaliyyət göstərən bir çox media qurumunun, eləcə də dövlət idarələrinin saytına daxil olmaq mümkün deyil.

 

Dünyada internetin vəziyyətinə nəzarət edən qurum olan "Net Blocks"un yaydığı məlumata əsasən, ölkəəd fəaliyyət göstərən hər 3 mobil operator- İran Telekommunikasiya Şirkəti, "RighTel" və "İrancell" yerli vaxtla saat 18:00-dan internet xidmətini dayandırıb.

 


Qurum bir neçə saat sonra Twitter səhifəsində İranın internet təminatının yalnız 7%-nin aktiv olduğu, 93%-nin isə tamamilə kəsildiyi barədə məlumat yayıb. "Net Blocks" rejimin interneti kəskəsinin səbəbinin xalq etirazları olduğunu bildirir.

 

Qeyd etmək lazımdır ki, İran Ali Milli Təhlükəsizlik Şurası xalqın müxtəlif bölgələrdə keçirdiyi mitinqlərdən sosial şəbəkələrdə video və fotolar paylaşmasından sonra bütün ölkə ərazisində internetin kəsilməsinə dair göstəriş verib.

 

Hazırda İranın 50-dən çox şəhərində xalq benzinin qiymətinin 3 dəfə qaldırılmasına qarşı etiraz aksiyası keçirir. Təsdiqlənməmiş məlumatlarda bu ana qədər onlarla insanın polisin açdığı atəş nəticəsində öldüyü deyilir.

 

Xatırladaq ki, cari ilin avqust ayında İranın Mülki Müfadiə Təşkilatının sədri Qulamrza Cəlali sosial şəbəkədə yayılan məlumatların təhlükəsizlik qüvvələrinə "təsir göstərdiyi" və "onları təzyiq altına saldığı"nı əsas gətirərək, məsulları böhran vəziyyətində internet təminatını dayandırmağa çağırmışdı.

 

"Sosial şəbəkələr böhran zamanı xalqı dövlətə qarşı hərəkət etməyə təşviq edirlər və yayılan məlumatlar icra hakimiyyəti orqanlarına təzyiq göstərdiyindən, onlar işlərini lazımi qaydada görə bilmirlər. Buna görə də, həmin dövrdə ölkə ərazisində internet kəsilməlidir", - deyə Cəlali əlavə etmişdi.

 

İran uzun illərdir ki, ölkə vətəndaşlarının istifadə etdiyi interneti beynəlxalq veb şəbəkəsindən ayırmağa cəhd göstərir və bu istiqamətdə bəzi layihələrin təqdimatın keçirib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar