SON XƏBƏRLƏR

İran-İraq müharibəsinə son verən Havyer Peres de Kuelyar vəfat edib

2021.10.20, 07:36
İran-İraq müharibəsinə son verən Havyer Peres de Kuelyar vəfat edib

Gunaz.tv

GünAz TV: Perulu diplomat, Birləşmiş Millətlər Təşkilatının sabiq baş katibi Havyer Peres de Kuelyar 100 yaşında vəfat edib.

 

1982-1991- ci illər arasında baş katiblik postunda əyləşən diplomat İranla İraq arasında sülh əldə edilməsi və 598 saylı qətnamənin icra edilməsində böyük rol oynayıb.

 

100 yaşlı diplomat ötən gün, 100 yaşında, Perunun paytaxtı Limada yerləşən evində dünyasını dəyişib.

 

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatı 1945-ci ildə yaradılmış millətlərarası qurumdur. Təşkilatın bu günə qədər 9 baş katibi olub. Havyer Peres de Kuelyar BMT-nin 5-ci baş katibi idi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar