SON XƏBƏRLƏR

İran milli yığmasının güləşçisi: “Yüksək maaş alan və övladları Amerikada lüks həyat yaşayan məmurlar xalqı borclu çıxarmasınlar”

2021.10.20, 07:36
İran milli yığmasının güləşçisi: “Yüksək maaş alan və övladları Amerikada lüks həyat yaşayan məmurlar xalqı borclu çıxarmasınlar”

Gunaz.tv

GünAz TV: Son həftələr ərzində İranda idmançılarla rəsmilər arasında qalmaqal yaşanmaqdadır.

 

Fevralın 24-də İranın güləş üzrə milli yığmasının üzvü Əlirza Kərimi rəsmiləri kəskin tənqid edib. O bildirib ki, yüksək məbləğdə əmək haqqı alan və övladları Amerikada və digər Qərb ölkələrində lüks həyat yaşayan məmurlar xalqı borclu çıxartmaq əvəzinə, mövcud problemləri həll etməlidirlər.

 

Ölkədə əmək haqlarının və təqaüdlərin də kəskin aşağı olduğundan şikayət edən güləşçi bildirib ki, xalqa dözümlü olmağı məsləhət görən rəsmilər özləri heç bir gün belə olsa, bu verilən pullarla yaşaya bilməzlər.

 

Əlirza Kəriminin sözlərinə görə, İranda güləşçilərin 90%-i kasıb təbəqədəndirlər və bu səbəbdən onlar da bu gün xalqın 70%-i kimi, ağır sosial-iqtisadi şəraitdə yaşayırlar.

 

Qeyd etmək lazımdır ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu yaxınlarda etdiyi çıxışlardan birində bildirmişdi ki, “İran Fələstini dəstəklədiyi üçün təzyiqlərə məruz qalır və buna baxmayaraq, yenə də bu halla fəxr edir”. Bundan sonra İranın iki ulduz futbolçusu- Voriya Qafuri və Əli Kərimi sosial şəbəkələrdəki hesablarında Zərifi tənqid etmişdilər. Daha sonra isə Əli Xamneyi çıxışlarından birində bu məsələyə üstü örtülü toxunaraq, bildirmişdi ki, “ölkədəki sabitliyə görə idman edə və işləyə bilənlər, daha sonra nankorluq edirlər. Sabitliyin hansı formada əldə edildiyini unutmayın!”.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar