SON XƏBƏRLƏR

İran rəsmisi: “Ölkədə fahişəliyin yaşı cavanlaşaraq, 13-ə enib”

2021.10.20, 07:36
İran rəsmisi: “Ölkədə fahişəliyin yaşı cavanlaşaraq, 13-ə enib”

Gunaz.tv

GünAzTV: İranda Mədəni İnqilab Şurası sədrinin qadınlar və ailə üzrə müavini Firiştə Ruhəfza, dekabrın 4-də jurnalistlərə açıqlamasında, ölkədə gənclər arasında yaşanan cinsi böhrandan, ata evindən qaçan yeniyetmə qızlardan və fahişəliyin sürətlə cavanlaşmasından danışıb.

 

Ruhəfza bildirib ki, ölkədə yaşanan dərin ictimai böhranlar ucbatından müxtəlif səbəblərə görə ata evindən qaçan gənc qızların sayı getdikcə artır: “Ata evindən qaçan qızların əksəriyyəti 13-15 yaşlarında olanlardır. Bu barədə statistik rəqəmlər mövcuddur. Lakin yaxşısı budur ki, bu rəqəmlər açıqlanmasın. Çünki belə bir nigaranlıq var ki, rəqəmlərin açıqlanması bu yaşlarda olan digər qızları da eyni addım atmağa cəsarətləndirə bilər.

 

Statistik rəqəmlərin də göstərdiyi kimi, təəssüflər olsun ki, İranda fahişəliyin yaşı cavanlaşaraq, hazırda 13 yaşa enib. Qız və oğlanların bir-biri ilə tanış olması yaşı da xeyli azalıb və artıq onlar ibtidai məktəb yaşlarından bir-biri ilə tanış olur, dostluq edirlər. 13 yaşına çatan qızlar cinsi məsələləri tam başa düşür, bu kimi mövzularla maraqlanmağa başlayırlar. Bu maraqlanma isə, onlarda əks cinsdən olanlara tanış olmaq və cinsi baxımdan öz ehtiyaclarını təmin etmək məsələsinin ortaya çıxmasına gətirib çıxarır.

 

Təəssüflər olsun ki, bu gün cəmiyyətdə, televiziyada, mediada, internet saytlarında, xüsəsən də sosail şəbəkələrdə cinsi məsələlərlə bağlı mövzuların paylaşımı geniş vüsət alıb. Bu isə gənc qızların bu kimi mövzularla maraqlanmasına, onların cinsi əlaqəyə olan ehtiyac və hislərinin oyanmasına və buunla bağlı böhran yaşamasına səbəb olur. Məhz buna görə də, hesab edirəm ki, hökumət qurumlarının bu sahələrə olan nəzarəti gücləndirilməlidir.

 

Vəziyyət belə olduğu bir halda, düşünürəm ki, hökumət evlənmə problemləri ilə bağlı mövcud maneələri aradan qaldırmalı, ölkə parlamenti isə, gənclərin evliliyini asanlaşdıran qanunlar qəbul etməlidir”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar