SON XƏBƏRLƏR

İran rəsmisi Səudiyyə hökumətini etirazlarda rol oynamaqda günahlandırdı: “Ər-Riyad İranın lazımlı cavabını alacaq”

2021.10.20, 07:36
İran rəsmisi Səudiyyə hökumətini etirazlarda rol oynamaqda günahlandırdı: “Ər-Riyad İranın lazımlı cavabını alacaq”

Gunaz.tv

GünAzTV: İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani, yanvarın 1-i axşam saatlarında “Əl-Məyadin” telekanalına müsahibəsində Səudiyyə Ərəbistanını ölkədə baş verən kütləvi etirazlarda rol oynamaqda günahlandırıb.

 

Şəmxani bildirib ki, ölkədə baş verən etirazlarda Səudiyyə Ərəbistanının əli var: “Səudiyyə Ərəbistanı İranın daxili işlərinə qarışaraq bizim ayıq əhalimizi təhrik etməklə Yəməndəki məğlubiyyətini ört-basdır edə bilməyəcək. İran milləti, Səudiyyə Ərəbistanının daxili işlərimizə qarışmasına daha çox həssasdır, nəinki Amerika və Trampın müdaxiləsinə. Elə buna görə də bildirirəm ki, Səudiyyə hökuməti və onun başçıları ağıllarına belə gəlməyən bir nöqtədən İranın uyğun və lazımlı cavabını alacaqlar. Onlar bizim onlara verəcəyimiz cavabın necə təhlükəli olduğunu yaxşı bilirlər”.

 

Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb. Son günlər isə etirazçıların səsləndirdiyi şüarlar daha sərtləşərək bütün molla hakimiyyətinin əleyhinə yönəlib.

 

                                    Etirazçıların devirdiyi polis avtomobili

 

Son günlər, İranın 40-a yaxın şəhərində ölkənin ağır və acınacaqlı iqtisadi durumuna, yoxsulluğa, repressiyalara, rejimin daxili və xarici müdaxiləçi siyasətinə qarşı keçirilən etirazlarda, axund Əli Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə qarşı ölüm şüarları səsləndirilib. Etirazlar davam etdir.

 

A.M   

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar