SON XƏBƏRLƏR

İranda baş verən intihar hücumunda ən azı 4 nəfər həlak olub - FOTOLAR

2021.10.20, 07:36
İranda baş verən intihar hücumunda ən azı 4 nəfər həlak olub - FOTOLAR

Gunaz.tv

GünAzTV: İranın Sistan-Bəlucistan əyalətinin Çabahar şəhərində polis qərargahıına qarşı baş verən intihar hücumunda ən azı 4 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

 

Hadisə, dekabrın 6-sı, yerli vaxtla sübh saat 09:55 radələrində hüquq-mühafizə qüvvələrinin qərargahı yaxınlığında baş verib.

 

Çabahar fərmandarlığının rəsmisi Rəhmdil Bameri olayla bağlı jurnalistlərə açıqlamasında bildirib ki, partlayıcı maddələrlə dolu Nissan markalı avtomobili idarə edən naməlum intiharçı şəxs, avtomobili hüquq-mühafizə qüvvələrinin həyətinə sürməyə çalışarkən qarşısı alınıb. Nəticədə avtomobil polis qərargahının darvazası qarşısında partlayıb.

 

Güclü partlayış nəticəsində ən azı 4 nəfər yerindəcə həlak olub, bir neçə nəfər yaralanıb, ətrafda dayanan bir neçə avtomobilə ziyan dəyib. Ölənlər arasında Daryuş Rəncbər adlı bir polis əməkdaşı və Nasir Dürzadə adlı bir əsgərin olduğu bildirilir.

 

İntiharçı şəxs və ya şəxslərin adları bilinməsə də, hadisədən az sonra “Ənsar-ül Fürqan” adlı bir müxalif bəluc qrupu bəyanat yayaraq, hücumun məsuliyyətini öz üzərinə götürüb.

 

 

 

 

 

"Ənsar-ül Fürqan" qrupunun yaraqlıları

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar