SON XƏBƏRLƏR

İranda daha 1 nəfər dara çəkilib, 1 məhbus da edam ərəfəsində təkadamlıq kameraya köçürülüb

2021.10.20, 07:36
İranda daha 1 nəfər dara çəkilib, 1 məhbus da edam ərəfəsində təkadamlıq kameraya köçürülüb

Gunaz.tv

GünAzTV: İranda qətldə və quldurluqda günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib, cinsi təcavüzdə təqsirli bilinən daha 1 məhbus edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb. Hadisə bir neçə gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, 6 il əvvəl qətldə və quldurluqda günahlandırılaraq ölüm hökmü almış 28 yaşlı müttəhim Əyyub Cahandar, okrtyabrın 14-ü sübh saatlarında İranın Cənubi Xorasan əyalətinin Firdos şəhərinin zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Həmçinin Zahidan zindanında saxlanılan və cinsi təcavüzdə təqsirli bilinən daha 1 müttəhim, (31 yaşlı Mehdi Mirşikar), oktyabrın 15-də edama hazırlıq məqsədilə təkadamlıq kameraya köçürülüb. Həmin şəxsin yaxın saatlarda dara çəkiləcəyi gözlənilir.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar