GünAz TV: İranın Əndişə şəhərindən Tehran istiqamətində gedən magistralında dəhşətli yol qəzası baş verib.
İdarəetməni itirən ağır tonajlı yük maşını 4 avtomobillə toqquşub. Nəticədə qəzaya uğrayan hər 5 nəqliyyat vasitəsi alışıb.
Yerli media orqanlarının məlumatına əsasən, hadisə nəticəsində 7 yaşlı uşaq yanaraq, faciəvi şəkildə ölüb. Yanıq xəsarətləri alan digər 1 nəfər isə xəstəxanaya çatdırılıb.
Qeyd etmək lazımdır ki, yerli istehsal olan nəqliyyat vasitələrinin heç bir təhlükəsizlik standartlarına cavab verməməsi, eləcə də yolların bərbad vəziyyətdə olmasına görə, İranda tez-tez baş verən bu cür qəzalar insan tələfatına səbəb olur. Hər il baş vermiş qəzalar nəticəsində minlərlə insan ya ölür, ya da əlil olur.
Ə.A