SON XƏBƏRLƏR

İranda etirazlar səngimək bilmir. Axund hakimiyyətinə qarşı xalq üsyanı davam edir - VİDEOLAR

2021.10.20, 07:36
İranda etirazlar səngimək bilmir. Axund hakimiyyətinə qarşı xalq üsyanı davam edir - VİDEOLAR

Gunaz.tv

GünAzTV: İranda milli valyutanın (rial) dollar qarşısında öz dəyərini itirməsinin ardınca ölkədə yaranmış ağır iqtisadi duruma, qiymətlərin kəskin artmasına, bahalığa və inflyasiyaya qarşı kütləvi etirazlar davam edir.

 

Avqustun 1-də Kərəc şəhərinin Gövhərdəşt məntəqəsində on minlərlə insan axşam saatlarında küçələrə çıxaraq hökumətin uğursuz iqtisadi siyasətinə, ölkə rəhbərlərinin əhalinin istəklərinə laqeyd qalmasına qarşı etiraz yürüşü keçirərək, ruhanilər hakimiyyətinə qarşı sərt şüarlar səsləndiriblər.

 

“Top, tank, fişfişədən qorxmuruq, rədd olsun axundlar”, “İranlı, yetər susdun artıq, öz qeyrətini göstərməyinin vaxtıdır”, “Diktatora ölüm” və digər şüarlar səsləndirən dinc etirazçılar, polis və mülki geyimli təhlükəsizlik qüvvələrinin onlara qarşı zorakılıq tətbiq etməsindən sonra, əli dəyənəkli bir polisi dayandırıb motosikletinə od vurublar. Nəticədə, hökumət qüvvələri ilə baş vermiş qarşıdurmada bir neçə etirazçı tutularaq naməlum istiqamətə aparılıb.

 

İsfahanın Şapur məntəqəsində isə on minlərlə aksiyaçı axşam saatlarında şəhərin küçə və meydanlarına axışaraq rejimə və İranın dini lideri axund Əli Xamneyiyə qarşı şüarlar səsləndiriblər.

 

“Xamneyi! Abır-həyan olsun, utan xəcalət çək, hakimiyyətdən və məmləkətdən əl çək” və “Hər bir vətəndaşın susması İrana qarşı xəyanətdir” şüarları səsləndirən yürüşçülər, əhalini qorxunu bir kənara atıb molla hakimiyyətinə qarşı keçirilən kütləvi etirazlara qatılmağa çağırıblar. İsfahanın bəzi küçələrində hökumət qüvvələrinin etirazçıları dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir. Gecə saatlarına qədər davam edən etirazlarda mümkün həbslərin olub-olmadığı barədə hər hansı bir məlumat yayılmayıb.

 

Yayılan son məlumata əsasən, hazırda Kərəcin Gövhərdəşt məntəqəsində, İsfahanda və daha bir neçə şəhərdə bir növ fövqəladə vəziyyətin hökm sürdüyü, küçə və meydanların polis nəzarətinə götürüldüyü bildirilir.

 

VİDEOLAR:

 

 

 

 

 

 

 

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar