SON XƏBƏRLƏR

İranda müəllimlərin dinc etirazı zamanı onlarla insan həbs edilib – FOTO və VİDEOLAR

2021.10.20, 07:36
İranda müəllimlərin dinc etirazı zamanı onlarla insan həbs edilib – FOTO və VİDEOLAR

Gunaz.tv

GünAzTV: İranda polis və təhlükəsizlik qüvvələrinin İsfahan şəhərində müəllimlərin keçirdiyi dinc etirazına qarşı hücumu nəticəsində onlarla müəllim həbs edilib.

 

Yayılan məlumatlara əsasən, dekabrın 27-də yüzlərlə müəllim, İsfahanın təlim-tərbiyə idarəsi qarşısında toplaşaraq, hökumətin müəllimlərə qarşı təzyiqinə son qoyulması, həbs edilən həmkarlarının azadlığa buraxılması, maaşlarının artırılması və ölkədə təhsilin özəlləşdirilməsi prosesinin dayandırılması tələbi ilə dinc etiraz aksiyası keçiriblər.

 

Bildirilir ki, aksiya zamanı mülki geyimli təhlükəsizlik qüvvələri hadisə yerinə gələrək, hüquq-mühafizə qüvvələri ilə birlikdə müəllimlərin toplantısını dağıtmağa çalışıblar. Lakin etirazçıların müqavimətini görən polislər, təqaüdə çıxmış müəllimlər də olan aksiyaçılara qarşı gözyaşardıcı qazdan və bibər qazından istifadə ediblər. Polis qüvvələrinin etirazçılara qarşı zorakılığı nəticəsində onlarla müəllim həbs edilərək naməlum istiqamətə aparılıb.

 

Həbs edilən müəllimlərin adları və onların harada saxlandığı barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

 

VİDEOLAR:

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar