SON XƏBƏRLƏR

İranda “Qərb mədəniyyətinin predmetlərindən” olan it gəzdirməklə mübarizə kəskin şəkildə davam edir

2021.10.20, 07:36
İranda “Qərb mədəniyyətinin predmetlərindən” olan it gəzdirməklə mübarizə kəskin şəkildə davam edir

Gunaz.tv

GünAz TV: Son dövrlər İranın müxtəlif bölgələrində polisin öz itlərini küçələrdə gəzdirənlərlə apardığı sərt mübarizə davam edir. Bu dəfə növbə Gilan vilayətinə çatıb.

 

Gilan vilayəti polis idarəsinin rəis müavini Məcid Rəsulzadə Fərsad bildirib ki, Cinayət Prosessual Məcəlləsinin 44 və 45-ci maddələrində it gəzdirməyin cinayət hesab olunduğu açıq-aşkar vurğulanıb və polis bu halla mübarizə aparmalı, “qanun pozucuları”nı tutub, cinayət məsuliyyətinə cəlb etməlidir.

 

Bundan öncə it gəzdirmək Tehran və Əhvaz vilayətləri də daxil olmaqla, İranın bir çox bölgələrində qadağan edilmişdi. İran hər zaman itlərə qarşı amansız davranışları ilə yadda qalıb və hətta tez-tez müxtəlif şəhərlərin bələdiyələrinin işçiləri itləri güllələyib, öldürürlər.

 

Son günlər isə müxtəlif yerli media orqanları İrana it və pişik yeməklərinin idxalına qadağa qoyulduğu barədə xəbərlər dərc edirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar