SON XƏBƏRLƏR

İranda rejimə qarşı pərakəndə etirazlar davam edir, Bəndər Abbasda etirazçı bir qadın küçədə Xamneyinin bannerini cırıb - VİDEO

2021.10.20, 07:36
İranda rejimə qarşı pərakəndə etirazlar davam edir, Bəndər Abbasda etirazçı bir qadın küçədə Xamneyinin bannerini cırıb - VİDEO

Gunaz.tv

GünAzTV: İranda ruhanilərin diktator dini hakimiyyətinə qarşı pərakəndə dinc etirazlar davam edir.

 

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, fevralın 23-də İranın Bəndər Abbas şəhərində küçədən keçən etirazçı bir qadın, bütün təhlükələrə baxmayaraq, ədliyyə təşkilatının binası qarşısından asılan dini lider axund Əli Xamneyinin bannerini açıq-aşkar cırıb. Adı və kimliyi bəlli olmayan həmin qadın, banneri cırandan sonra yoluna davam edib. Etirazçı qadının sonradan tutulub-tutulmaması haqda hər hansı bir məlumat yayılmayıb.

 

Xatırladaq ki, iki ay əvvəl İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri, axund Əli Xamneyiyə qarşı kütləvi xalq etirazları keçirilib. Çökmüş və çürümüş hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə və prezident Həsən Ruhaniyə  “ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub.

 

Etirazlarda, ən azı 25 nəfər rejim qüvvələri tərəfindən öldürülüb, onlarla aksiyaçı yaralanıb, 5000-ə yaxın insan həbs edilib. Tutulanlardan isə ən azı 13 nəfəri, İranın müxtəlif şəhərlərinin zindanlarında dindirilərkən işgəncələr altında öldürülüb. Rejimə qarşı pərakəndə etirazlar davam edir.

 

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar