SON XƏBƏRLƏR

İranda uşaq kitablarında zorakılıq və heyvanları incitmək təbliğ olunur

2021.10.20, 07:36
İranda uşaq kitablarında zorakılıq və heyvanları incitmək təbliğ olunur

Gunaz.tv

GünAz TV: İranda uşaqlar üçün çap edilən kitablarda fotolarla birlikdə zorakılıq, edam və heyvanları incitməklə bağlı məlumatlar paylaşılır.

 

Əsasən İranın Təhsil və Mədəniyyət Nazirliklərinin nəzarəti ilə çap olunan bu cür kitablar edam və heyvan incitmək kimi zorakılıqları uşaqların beyninə yeritməyi hədəfləyir.

 

Son günlər kitabdan sosial şəbəkələrdə paylaşılan fotolarda dara çəkilmiş pişik şəkli nəzərə çarpır. Bu foto “siçan və pişik” adı altında aşağı yaş qrupunda olan uşaqlar üçün nəzərdə tutulan şer olan səhifədə dərc edilib.

 

Şeri yazan Mənüçöhr Ehtirami, kitabın rəssamı isə Qulaməli Lətifidir. Mənüçöhr Ehtirami satirik adı altında fars uşaq və cavan ədəbiyyatı nümayəndəsi kimi uzun müddətdir fəaliyyət göstərir.

 

Görünür ki, şair olduğunu iddia edən bu şəxs İran rejiminin hərbi və zorakı ab-havasından olduqca təsirlənib. O, buna görə də, zorakılıq, edam və heyvanları incitmək kimi çirkli davranışların uşaqlara təbliğini adi iş kimi düşünür.

 

İran Uşaqların İntelektual İnkişaf Mərkəzi kitabları səhifələrinin sayı, şəkillərin çoxluğu, mətnlər və digər bu kimi predmetlərə görə bir neçə qrupa bölüb. Zorakılığı yayan sözügedən kitablar məktəbə qədər hazırlıq dövründə olan uşaqlar üçün nəzərdə tutulub.

 

Hər bir çap edilən kitabın üzərində və arxasında hansı yaş qrupları üçün nəzərdə tutulduğu qeyd edilir. Buna görə də, bu cür kitablar qəsdən uşaqlara zorakılığı təbliğ etmək üçün bu formada hazırlanıb.

 

İran rejimi zorakılığı təbliğ etməyə çalışır və bu istiqamətdə heç bir məhdudiyyət tətbiq etməyib. Bundan öncə də dəfələrlə kitablarda oxşar mətn və şəkillər nəşr edilib.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar