SON XƏBƏRLƏR

İranda yaraqlı kürdlərin silahlı hücumunda 3 “sepah”çı öldürülüb, 1-i yaralanıb

2021.10.20, 07:36
İranda yaraqlı kürdlərin silahlı hücumunda 3 “sepah”çı öldürülüb, 1-i yaralanıb

Gunaz.tv

GünazTV: İranın Qərbi Azərbaycan əyalətinin Piranşəhr şəhərində müxalif yaraqlı kürdlərlə baş verən silahlı qarşıdurmada 3 ”Sepah”çı öldürülüb, 1-i yaranıb.  

 

Bu barədə, “Sepah”ın quru qüvvələrinin “Həmzə Sedidüşşühəda” qərargahı iyulun 9-da bəyanat yayıb.

 

Bildirilir ki, hadisə iyulun 9-u axşam saatlarında baş verib. Bölgədə reyd keçirən “Sepah” avtomobili Piranşəhrin girəcəyində naməlum yaraqlı kürd dəstələrinin silahlı hücumuna məruz qalıb. Atışma nəticəsində 3 “Sepah”çı (Hasil Əhmədi, Səttar Piruti və Ümid Mollazadə) yerindəcə öldürülüb, 1-i isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

 

“Sepah” avtomobilinə hücum edən müxalif kürdlər hadisə yerindən qaça biliblər. Onların yaxalanması üçün bölgədə axtarış əməliyyatına başlanıldığı bildirilir. Hələlik hücumun məsuliyyətini hər hansı bir kürd təşkilatı öz üzərinə götürməyib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar