SON XƏBƏRLƏR

İranda yaşayan azərbaycanlılar 22 may hadisələrinin ildönümü ilə əlaqədar mitinq keçirəcəklər

2021.10.20, 07:36
İranda yaşayan azərbaycanlılar 22 may hadisələrinin ildönümü ilə əlaqədar mitinq keçirəcəklər

Gunaz.tv
İranda yaşayan azərbaycanlılar 22 may hadisələrinin ildönümü ilə əlaqədar mitinq keçirəcəklər Bakı. Ramil Məmmədli-APA. İranın azərbaycanlılar yaşayan şəhərlərində 2006-cı ildə baş verən qanlı may hadisələrinin ildönümü ilə əlaqədar mayın 22-də Təbrizdə mitinq keçiriləcək. İrandakı mənbələrdən APA-ya verilən məlumata görə, yürüş-mitinq Təbrizin Rasta meydanından başlayacaq. Bununla bağlı yayılan açıqlamada bildirilib ki, aksiyada hadisələr zamanı həbs olunan azərbaycanlıların sərbəst buraxılması və ölənlərin ailəsinə kompensasiya ödənilməsi tələb olunacaq. Mitinqdə iştirak edən azərbaycanlılar təhsil və mədəni haqlarının bərpasını da tələb edəcəklər. Qeyd edək ki, İran dövlətin rəsmi orqanı olan “İran” qəzetinin 12 may 2006-cı il tarixli sayında azərbaycanlıları tarakan kimi təsvir edən karikatura nəşr edilib. Buna etiraz edən azərbaycanlılar isə yaşadıqları şəhər və qəsəbələrdə aksiyalara başlayıblar. İran hüquq-mühafizə orqanları isə gücdən istifadə edərək, etiraz aksiyalarını dayandırmağa nail olublar. Nəticədə 27 nəfər öldürülüb, yüzlərlə adam isə yaralanıb. Bundan sonra isə İran xüsusi xidmət orqanları kütləvi həbslərə başlayıb. Son 2 ildə aksiyalara qatıldığına görə yüzlərlə adam həbs edilib. APA ---------------------------------------------------------------------------------------------- Cümhuriyyətin 90 illiyi Gürcüstanda da keçiriləcək Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi ilə əlaqədar Gürcüstanda bir sıra tədbirlər həyata keçiriləcək. Bu barədə məlumat verən millət vəkili, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayevanın sözlərinə görə, tədbirdə Azərbaycanın millət vəkillərindən ibarət nümayəndə heyəti iştirak edəcək. Tədbir Gürcüstanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq. Səfər çərçivəsində Xalq Cümhuriyyətinin yaradıcılarından olan Fətəli Xan Xoyski və Həsən bəy Ağayevin Tiflisdəki məzarları ziyarət ediləcək. Ziyarət tədbirinə əsasən gənclərin cəlb olunması nəzərdə tutulur. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar