SON XƏBƏRLƏR

İrandan növbəti anti-türk addım: Tehranda ermənilərin olimpiadası keçirilir

2021.10.20, 07:36
İrandan növbəti anti-türk addım: Tehranda ermənilərin olimpiadası keçirilir

Gunaz.tv

GünAz TV: İran tərəfindən növbəti anti-türk, anti-Azərbaycan addım atılıb.

 

Belə ki, ötən həftənin cümə günündən Tehran şəhərinin islami şurasının rəhbəri Möhsün Haşimi Rəfsəncaninin iştirakı ilə Tehranın “Ararat” klubunda bu ölkədə yaşayan ermənilərin 51-ci olimpiada oyunları start götürüb. “Ararat” ermənilərin Türkiyə Cumhuriyyətində yerləşən və bu ölkənin tarixi ərazisi olan Ağrı dağına verdikləri qondarma addır.

 

İran hökuməti Ermənistanla münasibətlərini daha da dərinləşdirmək və möhkəmləndirmək üçün bu ölkədə hər il Türkiyə və Azərbaycan əleyhinə bu cür tədbirlərin keçirilməsinə icazə verir. Bunlardan sözügedən olimpiadadan başqa, aprel ayında ermənilərin uydurduqları “soyqrım” yürüşünü də misal göstərmək olar.

 

Xatırladaq ki, cari ilin fevral ayının 27-də, yəni Xocalı soyqrımının 27-ci il dönümündən 1 gün sonra İran tərəfinin rəsmi dəvətilə Tehrana gələn Ermənistanın baş naziri Nikol Paşinyan bu ölkədə yaşayan ermənilərlə “Ararat” klubunda görüşmüşdü. Həmin görüş zamanı Azərbaycanın ərazi bütövlüyü əleyhinə plakatlar açılmışdı. Quzey və güney azərbaycanlılar buna etiraz etsələr də, İran rejimi bunun qarşılığında susmağa və formal açıqlamalar verməyə üstünlük vermişdi.

 

Digər tərəfdən, İran Qarabağ müharibəsi zamanı Ermənistana hərbi və logistik dəstək göstərən başlıca ölkələrdən olmuşdu. İran rejimi Güney Azərbaycan məsələsinə görə, Quzey Azərbaycanın müstəqilliyini daim özünə təhlükə hesab edir və buna görə də, hazırda da bu ölkənin zəifləməsi üçün Ermənistana hər cür dəstək göstərir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar