SON XƏBƏRLƏR

İranın Astara və Lahican şəhərlərinin hüquq-mühafizə qüvvələrinin keçmiş komandanı koronavirusdan ölüb

2021.10.20, 07:36
İranın Astara və Lahican şəhərlərinin hüquq-mühafizə qüvvələrinin keçmiş komandanı koronavirusdan ölüb

Gunaz.tv

GünazTV: İranın Astara və Lahican şəhərlərinin hüquq-mühafizə qüvvələrinin keçmiş komandanı, Gilan əyalətinin hüquq-mühafizə qüvvələrinin axtarış-əməliyyat bölməsinin rəisi pokovnik Rəsul Əzizi koronavirusdan ölüb.

 

Yayılan məlumata əsasən, son günlər “Covid-19” virusuna yoluxan və həkimlərin nəzarətində müalicə alan Rəsul Əzizi, aprelin 4-də Rəşt şəhərinin Qaim xəstəxanasında keçinib.

 

Onun koronavirusa nə vaxt və necə yoluxması barədə hr hansı bir məlumat yayılmayıb.

 

İranın Mazandaran və Gilan əyalətləri koronavirusun ən geniş yayıldığı bölgələrdən biri sayılır.

 

İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 7-də mediaya açıqlamasında son bir sutka ərzində ölkədə daha 133 nəfərin koronavirusdan öldüyünü bildirərək, infeksiyadan ölənlərin ümumi sayının 3872  nəfərə, yoluxanların sayının isə 62589 nəfərə yüksəldiyini bildirib.

 

 

İranın tibb mərkəzlərindəki mənbələr isə “Covid-19” infeksiyasından ölənlərin və virusa yoluxanların sayının ən azı 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar