SON XƏBƏRLƏR

İranın Baş prokuroru: “Gələn həftədən saxlanılan etirazçıların məhkəmələri keçiriləcək”

2021.10.20, 07:36
İranın Baş prokuroru: “Gələn həftədən saxlanılan etirazçıların məhkəmələri keçiriləcək”

Gunaz.tv

GünAz TV: İranın Baş prokuroru Məhəmməd Cəfər Müntəziri son etirazlar zamanı saxlanılanlardan bir çoxuna qarşı ittihamların elan olunduğunu və gələn həftədən onların məhkəmə proseslərinin başlanacağını bəyan edib.

 

Prokuror “heç bir günahı olmayan, yalnız başqalarının təhriki altında hərəkət edən” bir qrup tutulan şəxslərin isə azad olunduğunu iddia edib.

 

Onun sözlərinə görə, bəzi saxlanılan etirazçılar isə məhkəmənin mülki vəsiqə qərarı ilə müvəqqəti azadlığa buraxılıblar.

 

Müntəziri təhlükəsizlik qüvvələrinin güllələyərək öldürdüyü etirazçıların sayına xüsusunda isə heç bir rəqəm səsləndirməyib, məsələ ilə əlaqəli aparılan araşdırmalar bitdikdən sonra açıqlama edəcəklərini bildirib. O, sivil xalqı qətlə yetirən təhlükəsizlik qüvvələri orqanlarının əməkdaşlarının məsuliyyətə cəlb edilib-edilməyəcəyi ilə bağlı heç nə deməyib.

 

Baş Prokuror sonda digər rəsmilər kimi, etirazları “düşmənin planı” adlandırıb və Rabitə Nazirliyini interneti nümayişlər başlayan anda deyil, 48 saat sonra kəsdiyinə görə tənqid edib.

 

Qeyd etmək lazımdır ki, İranda noyabr ayında benzinin bahalaşmasına qarşı keçirilən aksiyalar zamanı azı 304 insan təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində qətlə yetirilib. Qeyri-rəsmi məlumatlara görə, 8 mindən çox etirazçı həbs edilib. Hazırda da etirazlardan 1 aydan çox müddət keçməsinə baxmayaraq, ölkənin bütün bölgələrində həbslər davam edir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar