SON XƏBƏRLƏR

İranın Bəndər Abbas şəhərində daha 1 məhkum edam edilib

2021.10.20, 07:36
İranın Bəndər Abbas şəhərində daha 1 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda cinsi təcavüzdə günahlandırılaraq edama məhkum edilmiş daha 1 məhkum dar ağacından asılıb.

 

Bu barədə Hormozqan əyalətinin baş prokuroru Əli Salehi oktyabrın 12-də jurnalistlərə açıqlama verib.

 

Prokuror deyib ki, bu gün sübh saatlarında Bəndər Abbas şəhərinin mərkəzi zindanında dara çəkilən məhkum, beş il əvvəl bir qadının polisə şikayətindən həbs edilmiş, zorlama faktı sübuta yetirildikdən sonra edama məhkum edilmişdi.

 

Hormozqan əyalətinin baş prokuroru edam edilən məhkumun adını mediaya açıqlamayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar