SON XƏBƏRLƏR

İranın bəzi bölgələrində azyaşlı qızların evliliyi rekord həddə çatıb

2021.10.20, 07:36
İranın bəzi bölgələrində azyaşlı qızların evliliyi rekord həddə çatıb

Gunaz.tv

GünAz TV: İran Təhsil Nazirliyinin Ailə, Aadın və Uşaq Problemləri üzrə şöbəsinin rəhbəri Fərəhnaz Minayipur İranın bir çox bölgələrində azyaşlı qızların erkən evlilik səbəbindən təhsildən yayınması faktının rekord həddə çatdığını bildirib.

 

Onun sözlərinə görə, maddi və təhsil səviyyəsinin aşağı olması, valideynlərin qadağaları və erkən evlilik İranda qız uşaqlarının təhsildən yayınmasının əsas səbəbləridir. Təkcə ötən il ərzində Şimali Xorasan əyalətində 42 qız uşağı ibtidai təhsil dövründə ailə qurduğu üçün təhsildən yayınıb. Bu bölgə qız uşaqlarının erkən ailə qurması hallarının ən çox baş verdiyi yerdir.

 

Fərəhnaz Minayipur bildirib ki, digər bölgələrdə də vəziyyət ürəkaçan deyil. Qızların erkən ərə verilməsi nəticəsində təhsildən yayılması cəmiyyətdə böyük problemlərə yol açır və Təhsil Nazirliyi bu istiqamətdə maarifləndirmə işləri həyata keçirir.

 

Qeyd edək ki, İran azyaşlı qızların erkən yaşlarda ərə verilməsi və təhsildən yayınması hallarının ən çox yaşandığı ölkələrdəndir. Ölkənin əksər bölgələri maddi baxımdan çox aşağı həyat standartlarına sahib olduğuna görə, ailələr qız uşaqlarını erkən ərə verməyə məcburdurlar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar