SON XƏBƏRLƏR

İranın boks üzrə sabiq Asiya çempionu koronavirusdan ölüb

2021.10.20, 07:36
İranın boks üzrə sabiq Asiya çempionu koronavirusdan ölüb

Gunaz.tv

GünAz TV: Boks üzrə sabiq İran və Asiya çempionu Məsud Hacırəsuli 70 yaşında koronavirusdan ölüb.

 

Virusa yoluxduğuna görə bir müddət əvvəl xəstəxanaya yerləşdirilmiş idmançı şənbə günü axşam komaya düşdükdən sonra keçinib.

 

Məsud Hacırəsuli təxminən 49 il öncə Asiya çempionu adını qazandıqdan bir müddət sonra İran çempionu da olmuşdu.

 

Bədən tərbiyəsi sahəsində doktorluq dissertasiyasını müdafiə etmiş idmançı son illər daha çox bu sahədə təlim-tərbiyə işləri ilə məşğul olurdu.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar