SON XƏBƏRLƏR

İranın Ərdəbil şəhərində daha 1 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Ərdəbil şəhərində daha 1 nəfər dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda qətldə günahlandırılaraq qisasa məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, 9 il əvvəl İranın Çabahar şəhərində naməlum səbəbə görə qətl törədən, Meşkinşəhər şəhər sakini, 37 yaşlı müttəhim Müslüm Şiri,  avqustun 13-ü sübh saatlarında Ərdəbilin mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar