SON XƏBƏRLƏR

İranın Gülüstan əyalətində 4,1 bal gücündə zəlzələ olub

2021.10.20, 07:36
İranın Gülüstan əyalətində 4,1 bal gücündə zəlzələ olub

Gunaz.tv

GünazTV: Oktyabrın 5-də, yerli vaxtla saat 01:28 radələrində İranın Gülüstan əyalətinin Bəndərgəz şəhərinin Nokəndə məntəqəsində Rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ olub.  

 

 İran Seysmoloji mərkəzinin yaydığı xəbərə əsasən, zəlzələ Nokəndə bölgəsinin ətrafında, yerin 4 kilometr dərinliyində qeydə alınıb. Bəndərgəz şəhərinin fərmandarı Hüseyn Əhmədi baş vermiş təbii fəlakətlə bağlı jurnalistlərə açıqlama verərək, zəlzələdə dağıntıların və hər hansı bir insan tələfatının olmadığını bəyan edib.

 

Zəlzələnin qonşu Mazandaran əyalətində də hiss edildiyini bildirən fərmandar həmçinin deyib ki, bu gün səhər saatlarına qədər bir neçə yeraltı təkan qeydə alınıb və zəlzələnin mümkün fəsadlarını aradan qaldırmaq üçün bölgəyə xilasedici qüvvələr göndərilib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar