SON XƏBƏRLƏR

İranın Həmədan şəhərində axundu qətlə yetirən şəxs polislə qarşıdurmada öldürülüb

2021.10.20, 07:36
İranın Həmədan şəhərində axundu qətlə yetirən şəxs polislə qarşıdurmada öldürülüb

Gunaz.tv

GünazTV: İranın Həmədan şəhərində Mustafa Qasimi adlı 46 yaşlı axundu güllələyərək qətlə yetirən şəxs polis qüvvələri ilə silahlı atışmada öldürülüb.

 

Bu barədə Həmədan əyalətinin hüquq-mühafizə qüvvələrinin komandanı Baxşəli Kamrani Saleh jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, polis əməkdaşları aprelin 27-i günorta saatlarında Həmədanın Hacı məhəlləsində kalaşnikov tüfəngindən atəş açaraq, axundu qətlə yetirən Behruz Hacilu adlı şəxsin gizləndiyi yeri öyrəndikdən sonra aprelin 28-i sübh saat 04:25 radələrində onun qaldığı evi mühasirəyə alıblar: “Qatil əməkdaşlarımızı görən kimi silaha əl atdı və polisə müqavimət göstərərək atəş açmağa başladı. O, 20 dəqiqəlik atışmadan sonra əməkdaşlarımız tərəfindən öldürüldü. Atışmada həmçinin 2 polis əməkdaşımız cüzi yaralanaraq xəstəxanaya yerləşdirildi” –deyə Baxşəli Kamrani Saleh əlavə edib.

 

Polis komandanı axunda silahlı hücumun səbəbini açıqlamayıb.

 

Axund Mustafa Qasimi

 

Qeyd edək ki, son vaxtlar İranın müxtəlif bölgələrində hakimiyyətə yaxın axundlara qarşı  hücumların sayı kəskin artıb. Belə ki, yoxsulluqdan və fəlakətdən əziyyət çəkən, ölkədə korrupsiyanın baş alıb getməsindən, eləcə də azadlıq və ictimai ədalətin olmamasından narahat olan insanlar, ağır və dözülməz durumda yaşamağa məcbur qaldıqlarının səbəbini məhz ölkəyə hakim molla rejimində görürlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar