SON XƏBƏRLƏR

İranın Həmədan və Məşhəd şəhərlərində daha 3 məhum dara çəkilib

2021.10.20, 07:36
İranın Həmədan və Məşhəd şəhərlərində daha 3 məhum dara çəkilib

Gunaz.tv

GünazTV: İranda narkotik maddələrin qaçaqmalçılığında və cinsi təcavüzdə günahlandırılaraq ölümə məhkum edilmiş daha 3 nəfər edam edilib.

 

Məhkumlardan ikisi 10 gün əvvəl edam olunsalar da, bu barədə xəbər yenicə yayılıb.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, beş il əvvəl narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilən və sonradan barəsində ölüm hökmü çıxarılan 30 yaşlı məhkum Vahid Rüstəmzadə, aprelin 30-u sübh saatlarında Həmədan şəhərinin həbsxanasında dara çəkilib.

 

Aprelin 21-də isə Məşhəd zindanında daha 2 məhkum edam edilib. Adları mediaya açıqlanmayan hər iki məhkum, taksi sürücüləri adı altında sənişin qızları və qadınları oğurlayaraq zorlamaqda günahlandırılıblar.

 

Edam edilən hər üç məhkumun məhkəmə prosesləri barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar