SON XƏBƏRLƏR

İranın hesabları dondurulacaq

2021.10.20, 07:36
İranın hesabları dondurulacaq

Gunaz.tv
İranın hesabları dondurulacaq ABŞ və Avropa Birliyi ölkələri İrana qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı razılığa gəliblər. "The Guardian" bildirir ki, Sloveniyada keçiriləcək ABŞ-AB sammitində bu barədə rəsmi açıqlama veriləcək. Bəyanatın qaralamasında vurğulanır ki, yeni sanksiyalar İranın ən böyük bankı olan "Melli" ilə bağlıdır. Tehran həyata keçirdiyi nüvə proqram və uranın zənginləşdirilməsi ilə bağlı işləri dayandırmasa bu bankın Avropa Birliyindəki bütün hesabları və maliyə vəsaiti dondurulacaq. Yox əgər Tehran nüvə proqramını dayandırarsa, İrana dinc məqsədli nüvə energetikasının inkişafı üçün texniki və iqtisadi yardımlar göstəriləcək. Xatırladaq ki, srağagün İran prezidenti Mahmud Əhmədinecat ölkənin aparıcı banklarına Avropa Birliyindəki bütün vəsaitləri İranın Mərkəzi Bankına köçürməyi tapşırıb. Onun dediyinə görə, bu addımın məqsədi İrana qarşı beynəlxalq sanksiyalar tətbiq edildiyi təqdirdə ölkənin Avropadakı milyardlarla dollarlıq vəsaitinin dondurulmasının qarşısını almaqdır. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar