SON XƏBƏRLƏR

İranın Sənəndəc, Kirmanşah və Kərəc həhərlərində daha 9 məhkum edam edilib

2021.10.20, 07:36
İranın Sənəndəc, Kirmanşah və Kərəc həhərlərində daha 9 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda son 24 saat ərzində daha 9 məhkum edam edilib. Edamlar  Sənəndəc, Kirmanşah və Kərəc şəhərlərində həyata keçirilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, əksəriyyəti qətldə günahlandırıldıqları üçün edama məhkum edilən məhbuslardan ikisi, məhkum Loqman Əhmədpur aprelin 22-si sübh saatlarında Sənəndəc şəhərinin zindanında, digər məhkum Turac Murad Haseli isə Kirmanşah şəhərinin həbsxanasında dara çəkilib.

 

Həmin gün eyni ittihamla barələrində ölüm hökmü çıxarılmış və bir neçə gün əvvəl edama hazırlıq üçün təkadamlıq kameralara köçürülmüş daha 7 məhbus Kərəcin Rəcayişəhr zindanında dara ağacından asılıb.

 

Dara çəkilən 7 məhkumdan 6-sının adları mediaya açıqlanıb: Möhsün Rzaiyan, Əlirza Ariyai, Həmidrza Əsğərpur Masulə, Mustafa Qiyasvənd, Mehdi Asimi və Ana Dordi Babayi.

 

Edam edilən şəxslərin məhkəmə prosesləri barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

 A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar