SON XƏBƏRLƏR

İranın Təbəs şəhərinə səfər edən yerli turistə spirtli içkilər qəbul etdiyinə görə 80 şallaq zərbəsi vurulub

2021.10.20, 07:36
İranın Təbəs şəhərinə səfər edən yerli turistə spirtli içkilər qəbul etdiyinə görə 80 şallaq zərbəsi vurulub

Gunaz.tv

GünazTV: İranın Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə səfər edən yerli turistə spirtli içkilər qəbul etdiyinə görə 80 şallaq zərbəsi vurulub.

 

Bu barədə, Təbəs şəhərinin prokuroru axund Əmir Zare Hüseyni fevralın 2-də mediaya açıqlama verib.

 

Axund bildirib ki, hüquq-mühafizə qüvvələri yerli turistləri gəzdirən avtobusdan 2 litrə yaxın  spirtli içki aşkarlayaraq götürüblər: “Mövcud videolar və şəkillər də sözü gedən şəxsin alkoqollu içki qəbul etdiyini sübut edir. Həmin şəxs tutulandan dərhal sonra məhkəmənin qərarı ilə 80 şallaq zərbəsinə məhkum edilib. Lakin o, ilkin məhkəmənin qərarına etiraz bildirmədiyinə görə, hökm Apellyasiya Məhkəməsinə göndərilmədən dərhal yerinə yetirilib və ona 80 şallaq zərbəsi vurulub. Məhkuma şallaq zərbələri vurulması ilə bağlı hökmün çıxarılması və yerinə yetirilməsi isə cəmi 5 saat çəkib” -deyə, Təbəsin prokuroru axund Əmir Zare Hüseyni əlavə edib.

 

Təbəs şəhərinin prokuroru axund Əmir Zare Hüseyni 

 

Qeyd edək ki, İran İslam Respubikasında alkoqollu içkilərdən istifadə etmək qadağandır. Qadağanı pozanlar isə şallaq zərbələrinə və nağd pul cəriməsinə məhkum edilirlər. Ölkə vətəndaşları məhz həmin qadağaları nəzərə alaraq, gizli yollarla spirtli içkiləri əldə edirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar