SON XƏBƏRLƏR

İranın Təbriz və Kərəc şəhərlərində daha 2 məhkum edam edilib

2021.10.20, 07:36
 İranın Təbriz və Kərəc şəhərlərində daha 2 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda cinsi təcavüzdə və qətldə günahlandırılan daha 2 məhkum edam edilib.

 

 Yayılan məlumatlara əsasən, cinsi təcavüzdə və yer üzündə fəsad törətməkdə günahlandırılaraq ölümə məhkum edilən və adı mediaya açıqlanmayan məhkum martın 11-i sübh saatlarında Təbriz zindanında dara çəkilib.

 

 Həmin gün, Kərəcin Rəcayişəhr zindanında daha 1 məhkum dar ağacından asılıb. Soyadı mediaya açıqlanmayan “Əmir” adlı məhkum, beş il əvvəl məhəllə dostlarından birini qətlə yetirməkdə və pullarını mənimsəməkdə təqsirli bilinib.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

 A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar