SON XƏBƏRLƏR

İranın Zahidan və Rəcayişəhr zindnlarında daha 6 məhkum edam edilib

2021.10.20, 07:36
İranın Zahidan və Rəcayişəhr zindnlarında daha 6 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə və quldurluqda günahlandırılaraq ölüm cəzasına məhkum edilmiş daha 6 nəfər edam edilib. Məhkumlar bir neçə həftə əvvəl dar ağacından asılsalar da, bu barədə xəbərlər yenicə yayılıb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, bundan əvvəl qətl ittihamı ilə həbs edilən məhkumlardan 4-ü, üç həftə əvvəl (bəhmənin 15-i və 16-da) Zahidan şəhərinin həbsxanasında dara çəkiliblər. Edam edilənlərdən birinin adı (Əkbər Ləkzehi) mediaya açıqlansa da, digər məhkumların adlarını müəyyənləşdirmək hələ mümkün olmayıb.

 

Həmçinin, fevralın 18-də daha iki məhkum (Məhəmməd Çiraqi və Mehrdad Bayramvənd) Kərəcin Rəcayişəhr zindanında dar ağacından asılıblar. Yayılan məlumatlara əsasən, edam edilənlərdən biri qətldə, digəri isə qətl, oğurluq və quldurluqda təqsirli bilinib.

 

Edam edilən məhkumların məhkəmə prosesləri barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar