SON XƏBƏRLƏR

İranlı axund Suriyada Türkiyə ordusunun hava hücumunda öldürülüb -FOTOLAR

2021.10.20, 07:36
İranlı axund Suriyada Türkiyə ordusunun hava hücumunda öldürülüb -FOTOLAR

Gunaz.tv

GünazTV: İranlı axund Əli Zəncani, fevralın 28-də Suriyanın İdlib əyalətində Türkiyə qırıcılarının “Hizbullah” mövqelərinə qarşı endirdiyi hava zərbələri nəticəsində öldürülüb.

 

Türkiyə ordusunun Suriyada Əsəd qüvvələrinə qarşı həyata keçirdiyi hava hücumları, ən azı 33 türk hərbçisinin bir neçə gün əvvəl Suriya ordusu tərəfindən öldürülməsindən az sonraya təsadüf edib.

 

Bildirilir ki, “Sepah” terror təşkilatının “Qüds” briqadası qüvvələrinin tərkibində Bəşər Əsəd rejiminə dəstək vermək üçün Suriyaya ezam edilmiş axund, terrorçu  “Hizbullah” qüvvələri ilə birlikdə həlak olub. Yayılan məlumatlara əsasən, axundun həyat yoldaşının livanlı olduğunu nəzərə alaraq, onun cənənazəsi bu gün (martın 1-də) Beyrut qəbiristanlığında torpağa tapşırılıb. 

 

 

 Qeyd edək ki, İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biridir. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrlə qarşıdurmalarda həlak olub.  Ölənlərin əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar