SON XƏBƏRLƏR

İranlı cüdo üzrə dünya çempionu Səid Mövlayi Almaniyada Beynəlxalq Cüdo Federasiyasından sığınacaq istəyib

2021.10.20, 07:36
İranlı cüdo üzrə dünya çempionu Səid Mövlayi Almaniyada Beynəlxalq Cüdo Federasiyasından sığınacaq istəyib

Gunaz.tv

GünAz TV: İranın cüdo üzrə dünya çempionu Səid Mövlayinin Beynəlxalq Cüdo Federasiyasından sığınacaq istədiyi barədə məlumatlar yayılıb. Məlumatları Federasiyanın prezidenti Mariyus Vizer də təsdiqləyib.

 

Mövlayi Tokioda keçirilmiş cüdo üzrə dünya çempionatının yarım final mərhələsində uduzmuşdu. Bundan sonra onun qəsdən uduzdurulduğuyla bağlı söz-söhbətlər gəzirdi.

 

İdmançı özü isə sonralar demişdi ki, komanda rəhbərliyi uduzmaq üçün ona və hətta ailəsinə təzyiqlər göstərib. Mövlayi  eyni zamanda çıxış etdiyi komanda idarəçilərinin onun uduzmasını niyə istədiklərini açıqlamamışdı.

 

Sözügedən çempionatın final mərhələsində israilli idmançı Mövlayinin uduzduğu belçikalı cüdoçunu məğlub edərək, qızıl medala sahib olmuşdu.

 

Qeyd etmək lazımdır ki, İranda mövcud olan ədalətsizlik, yarıtmaz daxili və xarici siyasət, eləcə də ağır iqtisadi şəraitə görə, ölkənin müxtəlif sahələrdə çalışan əhalisi xarici ölkələrə gedir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar