SON XƏBƏRLƏR

Birləşmiş Millətlər Təşkilatının Üçüncü Komitəsi İranla bağlı qətnamə qəbul edib

2022.11.17, 10:26
Birləşmiş Millətlər Təşkilatının Üçüncü Komitəsi İranla bağlı qətnamə qəbul edib

Gunaz.tv

Noyabrın 16-da 28 əleyhinə, 68 bitərəf və 80 lehinə səslə təsdiq edilən bu qətnamədə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İranda verilən ölüm hökmlərinin çoxluğundan narahatlığını ifadə edib.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 3-cü Komitəsinin qətnaməsində İranda etirazçıların sərt şəkildə susdurulmasına toxunulub, İslam Respublikasından dinc nümayişçilərə, xüsusilə də qadın və uşaqlara qarşı həddindən artıq güc tətbiq edilməsinə son qoymağı istənilib.

Kanada hökuməti qətnaməni üçüncü komitəyə təklif edib. Böyük Britaniyanın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı nümayəndəsi isə bu qətnaməni dəstəkləyərkən, İranda insan haqlarının vəziyyətinin getdikcə pisləşdiyini bildirib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar