SON XƏBƏRLƏR

Kirman mədənçiləri Qaradağda ətraf mühiti məhv edirlər

2022.06.21, 10:26
Kirman mədənçiləri Qaradağda ətraf mühiti məhv edirlər

Gunaz.tv

O, Qaradağda olan bir çox yaşıllıq zolaqları və otlaq sahələrin aradan getdiyini, bunu edənlərin qanun qarşısında cavab verməli olduqları halda fəaliyyətlərini davam etdirdiklərini bildirib.

Davudi başçılıq etdiyi idarənin əsas vəzifəsinin Şərqi Azərbaycan əyalətinin təbiəti və ətraf mühitinin qorunması olduğunu xatırladaraq, bölgədə ekoloji problem yaradanların cinayət məsuliyyətinə cəlb edilmələrini istəyib.  

Qeyd edək ki, mədən istismarı və axtarışları nəticəsində Qaradağ meşələrinin məhv edilməsi prosesi neçə illərdir ki davam edir. 

Bundan öncə Təbrizin İran parlamentindəki keçmiş nümayəndəsi Şəhabəddin Bimeqdar məsələ ilə bağlı bəyanat verərək bölgə ekologiyasına dəyən ziyana görə Süngün mis mədəni tərəfindən əyalətə ödənilməsi nəzərdə tutulan 74 milyard tümənin Şərqi Azərbaycana verilməyib və dövlət xəzinəsinə köçürüldüyünə etiraz etmişdi.

Qaradağ meşələrinin 164 min hektar sahəsi var, bu sahədən 148 min hektarının qoruma altında olduğu elan olunub.

Buna baxmayaraq vaxtaşırı bölgədə ağacların tək-tək və ya kütləvi şəkildə kəsilməsinə, eləcə də yanğınların baş verməsinə şahid oluruq.

Bu meşələrdə çoxlu heyvan yaşayır və müxtəlif bitki növləri mövcuddur.

2019-cu ildə "Ərk" Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Qaradağ meşələrində baş verən yanğınla bağlı Birləşmiş Millətlər Təşkilatına (BMT) hesabat təqdim edib.

Raportda yanğınların səbəbləri, meşə sahələrinin yanaraq sıradan çıxması, yanğının vaxtı-vaxtında söndürülməməsi, bölgədə yanğın söndürmək üçün lazımi imkanların olmaması və s. kimi məsələlərə işarə edilib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar