SON XƏBƏRLƏR

SEPAH-ın Kirmanşahdakı qərargahında güclü yanğın baş verib

2022.02.14, 07:58
SEPAH-ın Kirmanşahdakı qərargahında güclü yanğın baş verib

Gunaz.tv

Bu barədə İranın rəsmi dövlət mediası xəbər yayıb. Məlumata görə, yanğın qərargahın mühərrik yağı və başqa alışan maddələrin saxlanıldığı anbarda başlanıb.

Müstəqil media qurumları isə bunu son illər SEPAH və ona bağlı qərargah, mərkəzlərdə hərbi fəaliyyətllərin qarşısının alınması ilə bağlı həyata keçirilən əməliyyatlardan biri kimi qələmə verirlər.

Rəsmi məlumartda hadisə zamanı insan tələfatının olmadığı, yanğının baş vermə səbəblərinin araşdırılmasına başlanıldığı qeyd olunub.

C.E  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar