SON XƏBƏRLƏR

Kərəc zindanında 8 məhkum edam edilib

2022.06.16, 04:51
Kərəc zindanında 8 məhkum edam edilib

Gunaz.tv

İran məhkəməsi və rəsmiləri edam olunanlar barədə açıqlama verməyib.

Onlardan yalnız 25 yaşlı Məhəmməd Şükri, 24 yaşlı Əli Qulami və Əmir Cəfərinin kimliyini dəqiqləşdirmək mümkün olub.

Onlara qarşı bundan öncə qəsdən adamöldürmə ittihamı irəli sürülsə də, insan haqları təşkilatları Tehran hökumətinin siyasi fəalları və etirazçıları bu və uyuşdurucu maddə qaçaqmalçılığı ittihamı adı altında aradan götürdüyünü bildirib.

İran prezidenti İbrahim Rəisinin rəsmi dövlət qulluğuna başlamasının ilk günlərindən siyasi məhbusların kütləvi edamlarında iştirak etdiyini, onun 1988-ci ildə Xomeyni tərəfindən yaradılan “ölüm heyəti”nin üzvü kimi edam sahəsində xüsusi fədakarlığı ilə seçildiyini qeyd edən insan haqları təşkilatları edamların daha da kütləviləşəcəyindən narahatıqlarını bildirirlər. 

İran Ali Məhkəməsinin başçısı, çox sayda ziyalı və siyasi fəal  barəsində mürtəd (dindən dönən) fətvası verərək ölmlərini leqallaşdıran Qulamhüseyn Möhsüni Ejei ilə İbrahim Rəisinin birgə fəaliyyətinin bundan sonra qondarma ittihamlarla siyasi fəalların edamlarının dahada çoxalacağı barədə nigaranlıqları artırır.
 
Cavidan

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar