SON XƏBƏRLƏR

Misirdən İrana sərt xəbərdarlıq: "Bu, münasibətlərə xələl gətirəcək"

2022.06.30, 06:17
Misirdən İrana sərt xəbərdarlıq: "Bu, münasibətlərə xələl gətirəcək"

Gunaz.tv

Bu barədə "Əl-Ərəbi Əl-Cədid" qəzeti məlumat yayıb.

Misirin kəşfiyyat rəsmiləri İran rəsmiləri ilə görüşdə bildiriblər ki, Misir ərazisində İsrail vətəndaşlarına ediləcək terror aktları Tehran-Qahirə münasibətlərinə ciddi zərər verəcək.

Qəzetin məlumatlı mənbəyə istinadən yazdığına görə, İran rəsmiləri Misir hökumətini əmin ediblər ki, Tehran hökuməti iki ölkə arasında münasibətləri korlamaq niyyətində deyil.

Qeyd edək ki, bundan öncə İran kəşfiyyatı, əsasən, Türkiyədə müxtəlif agentlər vasitəsilə İsrail vətəndaşlarını hədəfə almaq istəyərkən yaxalanıblar.

Daha sonra həmin şəxslərin SEPAH-ın Qüds Qüvvələrinin agentləri olduğı üzə çıxıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar