SON XƏBƏRLƏR

İsrail televiziyası: “Mossad” İranın Əl-Fuceyrə partlayışlarda əli olması ilə bağlı dəlil-sübutları Amerikaya verib”

2021.10.20, 07:36
İsrail televiziyası: “Mossad” İranın Əl-Fuceyrə partlayışlarda əli olması ilə bağlı dəlil-sübutları Amerikaya verib”

Gunaz.tv

GünazTV: İsrail Dövlət Televiziyasının “Kan” telekanalı iyunun 3-də İranın körfəzdəki Əl-Fuceyrə limanında neft daşıyan 4 gəmiyə qarşı həyata keçirilən bombalı hücumlarda İranın rolu olması barədə məlumat yayıb.

 

“Kan” telekanalı İsrailin adlarının çəkilməsini istəməyən yüksək rütbəli rəsmilərinə istinadən yaydığı məlumatda bildirilir ki, İsrailin xüsusi xidmət orqanı olan “Mossad” İranın Bİrləşmiş Ərəb Əmirliklərinin Əl-Fuceyrə limanı yaxınlığında 4 neft tankerində baş verən partlayışlarda birbaşa əli olması ilə bağlı bütün dəlil-sübutları Amerikanın ixtiyarına verib. Bildirilir ki, Amerika Birləşmiş Ştatları həmin sənədləri yaxın vaxtlarda BMT Təhlükəsizlik Şurasına təqdim edəcək. Məlumatda, həmin sənədlərin təfərrüatları açıqlanmayıb.

 

Rəsmi Tehran isə, İranın həmin partlayışların təşkilində əli olması ilə bağlı yayılan məlumatları təkzib edir.

 

 

Xatırladaq ki, mayın 12-də Hörmüz boğazından 70 mil aralıqda yerləşən Əl-Füceyrə limanı yaxınlığında Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına və Norveçə məxsus dörd gəmidə güclü partlayış baş verib və yanğın nəticəsində həmin gəmilərə çoxlu ziyan dəyib. Bombalı hücumların mənşəyi barədə dəqiq məlumatlar olmasa da, İranın və onun dəstlədiyi muzdlu terrorçu dəstə və  ya qruplaşmaların bu partlayışlarda əli olduğu təxmin edilir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar