SON XƏBƏRLƏR

Sistan-Bəluçistanda güclü qarşıdurma: Hökumət əyalət mərkəzinə nəzarəti itirib-VİDEO

2022.09.30, 16:35
Sistan-Bəluçistanda güclü qarşıdurma: Hökumət əyalət mərkəzinə nəzarəti itirib-VİDEO

Gunaz.tv

Sentyabrın 30-u günortadan sonra hökumət məmurlarının Zahidan şəhərinin Məkki məscidində namaz qılan sünni məzhəbli etnik bəluçlara atəş açması ilə daha da şiddətlənən qarşıdurmada bir neçə etnik bəluçun öldürüldüyü, onlarla insanın yaralandığı bildirilir.

Etirazçı və namaz qılanların güllələnməsindən sonra əyalətin başqa şəhərlərində də qəzəblənən bəluçlar küçələrə axışıb və Zahidandakı etirazçılara dəstək nümayiş etdirib.

İnsanların güllələnməsindən hiddətlənən bəluçlar Zahidan şəhərinin 16-cı polis bölməsinə od vurub, xüsusi təyinatlı qüvvələrə məxsus maşınları yandırıb..

Bəluç fəallar sosial mediada ölü və yaralı sayının onlarla olduğunu bildirib.

Bəzi mənbələr 36 nəfərin öldürüldüyünü desələr də, hələlik bu barədə dəqiq təsdiq olunmuş məlumat əldə etmək mümkün olmayıb.

Gecə saatlarına yayılan xəbərlərdə Zahidan şəhərinin bir neçə bölgəsində qarşıdurmaların davam etdiyi, hökumət qüvvələrinin bəluçlara qarşı odlu silahlardan birbaşa atəş açdıqları bildirilir.

Bəluç fəalların Zahidan xəstəxanasından yaydıqları videoda güllələnmiş onlarla yaralı insanın ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi görünür.

İranın rəsmi dövlət televiziyası isə gecə xəbərlərində  Zahidan şəhərində silahlı qüvvələrin polis bölməsinə hücum etdiyini bildirib.

Baş verən silahlı qarşıdurmada basqınçının və yoldan keçən dinc vətəndaşların yaralandığı iddia edib.

İran televiziyasının yaydığı görüntülərdə şəhər üzərində hərbi helikopterlərin uçduğu görünür.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar