SON XƏBƏRLƏR

Sistan-Bəluçistanda 4 İran polisi öldürülüb

2022.11.06, 12:09
Sistan-Bəluçistanda 4 İran polisi öldürülüb

Gunaz.tv

İranın Sistan-Bəlucistan əyalətinin İranşəhr-Bəmpor magistral yolunda polis postuna hücum olunub.

Bəmpur Polis İdarəsinin rəisi Əlirza Səyyadın dediyinə görə, hadisə Kaskin zastavasında baş verib.

O, qətl hadisəsinin şəxsi münaqişə zəminində baş verdiyini iddia edib.

Bununla yanaşı əyalətin İranşəhr şəhərinin Xeyrabad kəndi yaxınlığında silahlı dəstə ilə baş verən toqquşmada daha bir hərbçinin öldürüldüyü, 3 hərbçinin isə yaralandığı qeyd edilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar