SON XƏBƏRLƏR

Sistan-Bəlucistanda baş verən silahlı qarşıdurmada 2 SEPAH-çı öldürülüb

2021.12.26, 14:43
Sistan-Bəlucistanda baş verən silahlı qarşıdurmada 2 SEPAH-çı öldürülüb

Gunaz.tv

Yayılan məlumata görə, hadisə dekabrın 25-i axşam saatlarında Sistan-Bəlucistan əyalətinin Zahidan şəhəri yaxınlığında baş verib.

Bildirilir ki, bölgədə reyd keçirən SEPAH-çılarla naməlum yaraqlı dəstə üzvləri arasında silahlı qarşıdurma yaranıb.

Atışma nəticəsində SEPAH quru qüvvələrinin “Qüds” qərargahının üzvləri olan Mehran Şurizadə və Möhsün Keyxayi aldıqları güllə yarasından elə hadisə yerindəcə həlak olublar.

Naməlum yaraqlı dəstə üzvləri hadisə yerindən qaça biliblər.

Silahlı qarşıdurmanın detalları açıqlanmayıb. 

منطقه مرزی استان سیستان و بلوچستان

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar