SON XƏBƏRLƏR

Sistan və Bəluçistan əyalətində İran zabiti öldürüldü

2022.03.24, 08:55
Sistan və Bəluçistan əyalətində İran zabiti öldürüldü

Gunaz.tv

Sistan və Bəluçistan əyalətinin İranşəhr şəhərində baş verən silahlı qarşıdurma zamanı bir İran zabiti öldürülüb.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə tanına “Fars” xəbər agentliyi xəbər yayıb. Məlumata görə, öldürülən şəxs İnqilab Keşikçiləri Korpusunun baş leytenantı Mənsur Bozidir.

Məlumatda onun “quldur” dəstələrlə silahlı qarşıdurma zamanı başından aldığı güllə yarası nəticəsində öldüyü deyilir.

Xəbər agentliyi silahlı qüvvələrə istinadən zabiti öldürən şəxslərin hadisə yerindən qaçdıqlarını və onların tapılması üçün axtarış əməliyyatlarının başladığını yazıb.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar