SON XƏBƏRLƏR

Sistan və Bəluçistan əyalətində silahlı toqquşma olub-Ölən və yaralananlar var

2022.04.16, 11:14
Sistan və Bəluçistan əyalətində silahlı toqquşma olub-Ölən və yaralananlar var

Gunaz.tv

İranın Sistan və Bəluçistan əyalətinin Nikşəhr şəhərinin Zirukabad kəndi yaxınlığında silahlı qarşıdurma baş verib.

Aprelin 15- gecə saatlarında baş verən qarşıdurma zamanı 2 nəfərin öldüyü, 4 nəfərin yaralandığı və ölənlərdən birinin 16 yaşlı yeniyetmə  Əfşin Rəisi  olduğu bildirilir.

İlkin məlumatlara görə, silahlı Toqquşma bölgədə yerləşən İran İnqilab Keşikçiləri Korpusunun yerli qərargahının komandiri Canməhəmməd Canuki, onun üç qardaşı və bir neçə başqa silahlı məmurun Zirukabad kəndinə girərək atəş açmaları olub.

Məlumatda "Sepah"çıların bu hərəkətlərinə etiraz edən kəndlilərlə məmurlar arasında dava düşdüyü. hər iki tərəfin odlu silahdan istifadə etdiyi bildirilir.

SEPAH məmurlarının kəndə hücumunun mahiyyəti barədə hər hansı açıqlama verilməsə də, onların pərakəndə yanacaq satışı ilə məşğul olan kəndliləri həbs etmək üçün kəndə girdikləri ehtimal edilir.

Qeyd edək ki, xüsusilə son aylar Sistan və Bəluçistan əyalətində İran İnqilab Keşikçiləri Korpusunun məmurları dəfələrlə bəluçlara qarşı atəş açıb, çox sayda insan öldürülüb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar