SON XƏBƏRLƏR

“Niyə xalqın səsini eşitməkdən qorxursan” -Təbrizli millət vəkilindən prezidentə xəbərdarlıq

2022.06.15, 04:47
“Niyə xalqın səsini eşitməkdən qorxursan” -Təbrizli millət vəkilindən prezidentə xəbərdarlıq

Gunaz.tv

“Prezidentin əyalətə səfəri zamanı azərbaycanlı millət vəkilləri tərəfindən çıxış etməyim nəzərdə tutulmuşdu. Mənim danışmağıma icazə verilmədi. Niyə xalqın səsini eşitməkdən qorxursan? Bunun nəticəsi ağır olacaq”-deyə, millət vəkili Rəisiyə xitabən deyib.

O, çıxışına icazə verilmədiyi üçün toplantı salonunu tərk etdiyini və başqa azərbaycanlı nümayəndə Məsud Pezeşkiyanın ona dəstək olaraq çıxışdan imtina etdiyini xatırladıb və həmkarına təşəkkür edib.

Qeyd edək ki, iyunun 2-də Təbrizdə İran prezidenti İbrahim Rəisi ilə Şərqi Azərbaycan əyalətinin məsulları, cümə imamı və millət vəkillərinin görüşü keçirilib.

Görüşdə çıxış etməyə başlayan Təbrizin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeyginin mikrofonu söndürülüb və onun çıxışına icazə verilməyib.

Bundan hiddətlənən millət vəkili  “xalqı görməyənlərin sonlarının necə olacağı indidən bəllidir” deyərək toplantı zalını tərk edib.  

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar