SON XƏBƏRLƏR

"İranda rejimə bağlı qüvvələr bütün sərvətləri ələ keçirib"- Sadiq İsabəyli “Amerikanın səsi”nə işçi etirazlarından danışıb

2022.03.01, 04:43
"İranda rejimə bağlı qüvvələr bütün sərvətləri ələ keçirib"- Sadiq İsabəyli “Amerikanın səsi”nə işçi etirazlarından danışıb

Gunaz.tv

Güney Azərbaycanda baş verən çox saylı işçi etirazlarından bəhs edən siyasi şərhçi işsizlik və yoxsulluğun çox sayda azərbaycanlının öz yürd-yuvasından didərgin düşməsinə səbəb olduğunu deyib.

S. İsabəyli deyib ki, işçi aksiyaları İslam Respublikasında iqtisadi ədalətin şüarda qaldığını göstərir. 

“İşsizlik, yoxsulluq və mühacirət hər zaman Güney Azərbaycanın əsas məsələlərindən olub. Mərkəzi hakimiyyət bölgəyə biganə yanaşır və heç bir şey ayırmır.

Azərbaycanın potensiallarından bölgənin öz əhalisinin istifadə etməsinə şərait yaratmır. Bu azalırmı? Yox, əksinə getdikcə çoxalır.

İşsizlərin sayına, iş yerlərinin qapadılmasına və gənclərin mühacirətə meyilli olmasına baxanda, biz bunu görürük. Rəsmi açıqlamalarda da mühacirətin artdığını görürük”-deyə, Sadıq İsabəyli bildirib.

Güney Azərbaycanda yerləşən qızıl, mis və digər qiymətli daş mədənlərinin gəliri hazırda ən çox müzakirə edilən mövzulardan biridir. Siyasi fəallar, habelə bəzi millət vəkilləri və yerli siyasətçilər bölgə əhalisinin bu mədənlərin gəlirindən yararlanmadığını önə çəkirlər. 

"Süngün mis mədəni hər il minlər milyard tümən pul qazandırır. Amma bunun müqabilində ondan bölgə insanlarının rifahı üçün, ətraf mühit üçün bir məbləğ ayrılmasını istəyəndə, onu belə vermirlər. Mədənənlərin məsələsi illərdir danışılır. Artıq kütlə içində bununla bağlı bilgilər artıb. 

Büdcənin paylaşımında mərkəz tərəfindən tətbiq edilən ayrı-seçilik siyasəti görünür. Əyalətlərə ayrılan büdcələri müqayisə edəndə böyük fərq görünür və bu istər-istəməz əhalini oyandırır.

Əhali görür ki, onun sərvətlərini, yeraltı qaynaqlarını götürüb aparıb başqa bölgələrdə emal edir, oradan xaricə satırlar. Amma o bölgənin əhalisi onun gəlirindən yararlana bilmir. İşsiz gücsüz buraxılır”-Sadiq İsabəyli belə deyibş

Keçən aylarda Güney Azərbaycanı və İranın başqa bölgələrində müxtəlif sektorlara çalışan yüzlərlə piket və aksiya təşkil ediblər. İşçilər xüsusilə inflyasiyaya uyğun maaş artımının sadəcə bəzi sektorlar və orqanlara çalışanlar üçün tətbiq edilməsinə etiraz edir və maaşların bərabərləşdirilməsini tələb edirlər.

"Savalan" Araşdırmalar Mərkəzinin eksperti hesab edir ki, molla hakimiyyəti işçilərin sosial problemlərinin hlli istiqamətində ciddi tədbirlər görməyib:

"İşçi etirazlarında səsləndirilən tələblərə baxanda görürük ki, o, iqtisadi ədalət ki, bunlar hər zaman şüar səsləndirirlər.

Əməli addımlar isə bu 42 ildə heç bir halda özünü göstərməyib. İşçilərin sosial ədalətdən bəhrələnməsi istiqamətində heç bir iş görülməyib.

Hakimiyyətə yəni o ideoloji sistemə bağlı olan qüvvələr bütün sərvəti əllərinə keçiriblər. 

Məsələn, SEPAH-ın sərvəti bilinmir haradan əldə olunub. Toplum içərisində artıq bu sual ortaya çıxır ki, nədən ölkənin bu qədər imkanı olduğu halda o sərvətlərdən sadəcə öz ideoloji bağlılıqlarına görə bəzi qruplar yararlana bilsin, amma milyonlarla işçinin qazancı öz ailələrini belə dolandırmağa yetməsin".

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar