SON XƏBƏRLƏR

“Kiyev heç vaxt olmadığı qədər güclüdür, qalib gələcək” –Bayden Polşada çıxış etdi

2023.02.22, 09:00
“Kiyev heç vaxt olmadığı qədər güclüdür, qalib gələcək” –Bayden Polşada çıxış etdi

Gunaz.tv

Baydenin sözlərinə görə, bir il əvvəl Ukraynada müharibəyə başlayan Putin Kiyevin süqutunu gözləyirdi, amma səhv elədi: “Kiyevin süqutu gözlənilirdi, amma bu baş vermədi. Ukrayna xalqı güclü və cəsur çıxdı”.

“Putin hesab edirdi ki, heç vaxt olmadığı kimi güclüdür, amma bütün ölkələrin polad iradəsi ilə üzləşdi.

Bu mübarizəinin başında polad iradəli və qətiyyətli adam olan prezident Zelenski dururdu-deyən Bayden bildirib ki, Qərb tərəfindən Ukraynaya dəstək tərəddüdsüz olacaq. “Ukrayna xalqı müharibədə qalib gələcək.

Öz imperiyasını qurmaq istəyən diktatorun cəhdi azadlığa məhəbbəri heç vaxt üstələyə bilməyəcək, Ukrayna heç vaxt Rusiyanın qurbanı olmayacaq”. 

ABŞ prezidenti deyib ki, Ukraynalıları öldürən rus hərbçiləri insanlıq əleyhinə cinayət törədirlər.

O bildirib ki, Putinin enerjini silaha çevirmək cəhdi baş tutmayıb. Qərb Rusiyadan enerji asılılığını azaldıb. (azpost.info)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar