SON XƏBƏRLƏR

Kabil universiteti yaxınlığında kamikadze hücumu olub- Ölən və yaralananlar var

2021.10.20, 07:36
Kabil universiteti yaxınlığında kamikadze hücumu olub- Ölən və yaralananlar var

Gunaz.tv

GünAz TV: Əfqanıstanın paytaxtı Kabildə bu gün baş vermiş intihar hücumu nəticəsində azı 8 nəfər ölüb, 33 nəfər isə yaralanıb.

 

Əfqanıstanın Səhiyyə Nazirliyinin yaydığı bəyanata əsasən, partlayış Kabil Universitetinin yaxınlığında baş verdiyindən, ölən və yaralananlar imtahana gələn tələbələrdir.

 

Yerli media orqanlarının məlumatına görə, kamikadze avtomobilə bərkidilmiş bombanı tələbələrin cəmləşdiyi yerə yaxınlaşdıqdan sonra partladıb.

 

Hələ ki, hücuma görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Lakin böyük ehtimalla terror aktını Taliban terror təşkilatının törətdiyi hesab edilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar