Akar: “Pəncə-Qılınc” əməliyyatında 364 terrorçu zərərsizləşdirilib”

10.12.2022, 00:13

“Pəncə-Qılınc” əməliyyatında 364 terrorçu zərərsizləşdirilib.

Gunaz.tv Quote | Gunaz article

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlayıb.

Onun sözlərinə görə, 2015-ci ilin iyulun 24-dən ölkə daxilində, həmçinin İraq və Suriyanın şimalında toplam 37 min, ilin əvvəlindən bəri isə 4 min civarında terrorçu zərərsizləşdirilib.

Eyni zamanda nazir Türkiyə Silahlı Qüvvələrinin kimyəvi silah və sursat hazırlamadığı, istehsal etmədiyi, yığmadığı və istifadə etmədiyini vurğulayıb:

“İnventarda beynəlxalq hüquq və razılaşmalarla yasaqlanmış heç bir silah və sursat əsla mövcud olmayıb”.

Xatırladaq ki, 2022-ci ilin noyabrın 19-da Suriya və İraqın şimalında Türkiyə Silahlı Qüvvələri “Pəncə-Qılınc” hava əməliyyatına başlayıb. Əməliyyat Türkiyə tarixinin ən böyük hava hərəkatıdır.

Noyabrın 19-da yerli vaxtla saat 19.00-da Diyarbəkir hərbi hava limanından havaya qalxan 10 ədəd “F-16” tipli döyüş təyyarəsi ilk hədəfləri məhv edərək Diyarbəkirə qayıtdıqdan sonra noyabrın 20-də yerli vaxtla saat 01.00-da “F-16” və “F-4” döyüş təyyarələri ilə yanaşı çox sayda zərbə PUA-ları və tanker təyyarələri gecə yarısı əməliyyata başlayıb. 

Hava əməliyyatı Rusiyanın nəzarətində olan Suriya hava məkanında həyata keçirilib.

Türkiyə sərhədindən 160 km dərinliyə qədər ərazini əhatə edən əməliyyat ölkənin Milli Müdafiə Nazirliyi tərəfindən “Hesab zamanı! Xain hücumların bədəli ödətdirilir!” tviti ilə elan edilib. 

Türkiyə Quru Qoşunları əməliyyata artilleriya dəstəyi verib. Əməliyyatla bağlı məhv edilmiş hədəfin görüntüləri Türkiyə MN tərəfindən “Terror yuvaları dəqiq vuruşlarla məhv edilir” şərhi ilə paylaşılıb.

Əməliyyat çərçivəsində Suriyanın şimalında Tel Rifat, Ayn Əl Ərəb, Derbesiye, Maranez, Malikiye, Ayn İsa, Ayn Dagne, həmçinin İraqın şimalında Qəndil, Süleymaniyyə və Sincardakı hədəflər vurulub.

Milli Müdafiə Nazirliyi əməliyyatın özünümüdafiə hüququ kimi BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həyata keçirildiyini açıqlayıb. (report)

Günaz.TV

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumu pisləyib

2023-01-28

gun az article

Azərbaycanın 522 QHT-si ölkəmizin İrandakı səfirliyinə terror hücumunu pisləyib - BƏYANAT

2023-01-28

gun az article

Orxan Əsgərov sabah II Fəxri xiyabanda dəfn ediləcək

2023-01-28

gun az article

İranda onlarla etnik bəluç həbs edilib

2023-01-28

gun az article

Azərbaycan səfiri hospitalda İran XİN başçısına “bu terrordur” dedi –“Nəticələri gözləyirik”

2023-01-28

gun az article

Mövlud Çavuşoğlu: “Cənubi Qafqazda kövrək durum davam edir”

2023-01-28

gun az article

Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin rəsmi qarşılanma mərasimi olub

2023-01-28

gun az article

Ukrayna 300-dən çox xarici tank alacaq

2023-01-28

gun az article

İranda tanınmış sünni ağsaqqal öldürüldü-Kütləvi nümayişlərə çağırış edildi

2023-01-28

gun az article

ABŞ İranla hərbi qarşıdurmanı istisna etmir

2023-01-28

gun az article

BMT Baş katibi İsraildəki terror aktını pisləyib

2023-01-28

gun az article

Azərbaycan səfirliyinə hücuma görə beynəlxalq reaksiyalar davam edir

2023-01-28

gun az article

ABŞ institutu: “İrandakı etirazçılar Azərbaycan səfirliyinə hücuma görə SEPAH-ı günahlandırırlar”

2023-01-28

gun az article

Rəisi Azərbaycan səfirliyinə hücumun araşdırılmasına göstəriş verib

2023-01-28

gun az article

İran Ali Milli Təhlükəsizlik Şurası səfrliyə hücumun şəxsi zəmində olduğunu iddia edib

2023-01-28

gun az article

Rafael Grossi: "İran bir neçə nüvə silahı istehsal etmək imkanı əldə edib"

2023-01-28

gun az article

Pakistan XİN: “Qardaş Azərbaycan xalqı ilə həmrəyik”

2023-01-27

gun az article

İsraildə sinaqoqa silahlı hücum olub, ölən və yaralananlar var

2023-01-27

gun az article

İƏT Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib

2023-01-27

gun az article

ABŞ Dövlət Departamenti Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu kəskin qınayıb

2023-01-27