Kazirunda dəhşətli qəza nəticəsində 6 nəfər ölüb

25.10.2019, 08:43

GünAz TV: İranın Şiraz- Kazirun magistralında ağır yol nəqliyyat hadisəsi baş verib.

 

“Pride” markalı avtomobillə yük maşınının toqquşması nəticəsində 6 nəfər ölüb. Ölənlərin hamısı minik avtomobilinin sərnişinləridir.

 

Qeyd etmək lazımdır ki, İranın yerli istehsalı olan maşınlar heç bir təhlükəsizlik standartlarına cavab vermirlər. Buna görə də, hər il ölkədə qəzalar nəticəsində minlərlə insan ya ölür, ya da əlil olur. Bunu bəzi ölkə rəsmiləri də etiraf edirlər.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social